Friday
17.05.2024
05:47
Tag Board
200
Our poll
Оцените мой сайт
Total of answers: 25
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  June 2008  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create your own site
  • ***Buda 9G***

    Main » 2008 » June » 28 » Maraqli faktlar
    15:47
    Maraqli faktlar

    Hər il dünyada 18.000 min insan izsiz-soraqsız yoxa çıxır. Onların 20%-i gözlənilmədən geri qayıdır, digərləri isə tamam başqa yerlərdə üzə çıxırlar. Müasir sivilizasiya nə qədər inkişaf etsə də günü bu günə kimi «evdən çıxıb, bir daha geri qayıtmayıb» kəlməsi səslənməkdədir. İnsan taleyi ilə oynayanlar çoxdur: narkomafiya, insan alveri, seksual transfer, insan orqanları alveri və qatillər. Sadə insan günlərin bir günü onların bəlasına tuş gəlib, evinə, ailəsinə həsrət qalır, kimi isə göydən gələn yadplanetlilərin qurbanına çevrilir. Bəli Onlar var, onlar aramızdadırlar. İstədikləri vaxt istədikləri insanı oğurlaya bilərlər.

    UNO tədqiqatçıları «oğurlanma» prosesinin 1980-90-ci illərdə kütləvi xarakter aldığını faktlarla arxivləşdirmişlər. Nədənsə, XXI əsr girər-girməz yadplanetlilərin Yerə qəfil uçuşları nəzərəçarpacaq dərəcədə azalmışdır. Buna səbəb kimi texnikanın güclü inkişafı, naməlum obyektlərin tez aşkar olunması və yadplanetlilərin «ovu» ilə məşğul olan xüsusi, gizli təşkilatların çoxalması, müasir insanların UNO-lar haqqında az qala hər şeyi bilməsi və daha təəcüblənməməsi göstərilir.
    Yadplanetlilər insanları yatdığı yerdəcə çarpayısından, evdə yemək bişirərkən mətbəxindən, meşədə, bağda gəzərkən, yolda, maşında, hətta iş yerindən belə oğurlayırlar. Qəribəsi odur ki, oğurlanan insanlar sanki əvvəlcədən nə isə olacağını hiss edirmiş kimi çox gərgin psixoloji hal keçirib, gecələr kabus görüb, qorxudan oyanıb və dərhal da pəncərəyə yaxınlaşıblar. Adətən oğurlanmış insanlar yaşadıqları yerə və yaxud yüzlərlə kilometr uzaq ərazilərə qaytarılıblar. Demək olar ki, onların heç biri başlarına gələnləri xatırlamır. Üstəlik, sağlamlıqlarında problemlər baş qaldırır: yaddaş pozğunluğu, baş ağrıları, yuxusuzluq, gecə kabusları, əsəb gərginliyi, beyin xərçəngi və s.

    Faktlar:

    Ø 1915-ci ildə Türkiyə limanlarının birində Britaniya ordusunun bir bölük əsgəri yürüş keçirirdi. Hava aydın, günəşli idi. Amma səmada 6-8 ədəd qəribə bulud formasında, bulkaya oxşar ağır kütlə vardı. Sonra yerə 60 km. yaxın daha bir kürəşəkilli, amma ağır, qatı və bərk buluda oxşar obyekt sahənin üzərini almağa başladı. Bu hadisəni izləyən komandir əsgərlərə artıq yerə toxunan kütləyə yaxınlaşıb baxmağı əmr edir. 70-80 nəfərlik alay həmin yerə yaxınlaşanda bulud onları öz əhatəsinə alır və yavaş-yavaş yuxarı qalxır. Və əsgərlərdən əsər-əlamət qalmır. Sonradan Britaniya höküməti bu hadisəni cəfəngiyyat adlandırıb, Türkiyədən yoxa çıxmış əsgərlərini geri istəsə də, heç nə əldə edə bilmir. Türkiyə tərəfi isə bölük haqqında heç bir informasiyaya malik olmadığını qəti şəkildə bildirir.

    Ø 1975-ci ildə Arizona ştatında meşədə ağacqıranlar işləyirdilər. Onlar göy üzündə böyük, işıq saçan disk formalı obyekt görürlər. Fəhlələrdən biri - Trevis Volton maraq xatirinə dəstədən ayrılaraq, diskin altında dayanır. Bir anın içində diskdən çıxan ildırımaoxşar elektrik Trevisi vurur. Bunu görən fəhlələr qaçmağa başlayır. Sonradan onlar polislərlə hadisə yerinə qayıdanda Trevisdən əsər-əlamət görməyiblər. Onun axtarışı 1 həftə davam etsə də heç bir nəticə verməyib. Amma bir gün gözlənilmədən Trevis sağ-salamat peyda oldu və çox qəribə şeylər danışmağa başladı. O, diskdən çıxan mavi rəngli məxluqların onu özləri ilə apardıqlarını deyirdi. Psixoloq, polis və «yalan detektoru» işə qarışandan sonra Trevisin cəfəngiyyat danışmadığı məlum oldu.

    Ø 1987-ci ildə Sankt-Peterburqda yaşayan mühəndis öz mənzilindən izsiz yoxa çıxdı. Qəribəsi o idi ki, 7-ci mərtəbədə yerləşən mənzildə bütün qiymətli əşyalar və pul toxunulmamış qalmışdı.

    Onlar aramızdadır


    Tanınmış ufoloqlar birağızdan təsdiq edirlər ki, gəlmələr xarici görünüşcə adi insana bənzəyib, Yerdə yaşaya bilirlər. Eləcə də gəlmələrdən doğulmuş körpələrin böyüyüb, aramızda yaşadığı faktları da var. Belələrinə insan yox, «gibrid varlıqlar» deyilir.

    Yadplanetlilərdən doğum:

    Ø 2000-ci ildə 24 yaşlı Avstraliya sakini Meqan Layker 2 ildir ərə getməsinə baxmayaraq, hamilə qalmadığından həkimə müraciət edir. Müayinədən keçən zaman həkimlər dəhşətə gəlirlər: Meqanın uşaqlığı çoxlu doğuş keçirmiş qadın orqanına bənzəyirdi. Halbuki, Meqan doğmadığını deyirdi. O zaman psixoloqlar Meqanı uzunmüddətli, dərin hipnoza salırlar. Və qadın xatırlayır: onu 18 yaşında oğurlayıb, kosmik bazaya aparıblar. Onu müayinə edib, şəffaf divarları olan kiçik qutuya salırlar. Orada ondan başqa da əsir qızlar var idi. 3 həftədən sonra Meqanın qarnı şişir. 2 aydan sonra o, uşaq doğur. Uşağı dərhal götürüb aparırlar və bu üsulla Meqan düz 14 dəfə doğuş keçirir. Sonra qız geri qaytarılır və təbii ki, onun yaddaşından bu hadisələr pozulur.

    Ø Qazaxıstanda 15 yaşlı məktəbli qız Valey Soloveya ilə də 1994-ci ildə çox dəhşətli hadisə baş verib. Qız məktəbdən evə qayıtmır. Valideynlər və milis onu axtarsa da tapa bilmir. 4 gündən sonra Valeyi məktəb yolu ilə evə qayıdan görürlər. Qızı sorğu-suala tutsalar da, o, məktəbdə olduğunu, sadəcə, tənəffüsdə 15 dəqiqəlik həyətə çıxdığını deyir. 3 həftədən sonra Valeyin hamilə olduğu məlum olur. Yazıq qız camaatın üzünə necə baxacağını fikirləşib, çıxış yolu axtarır. Valeyi mərkəzi kliniknaya yerləşdirib, ətraflı müayinələr aparılır. Psixoloji təsir və hipnoz vasitəsilə qız məktəb həyətində huşunun itdiyini, özünə gələndə isə qəsəbədən çox uzaqdakı çöldə olduğunu görür. O, üzərinə əyilib, ona baxan yad, balacaboy, iri gözləri olan adamlar görür və yenə özündən gedir. Ultrasəs müayinə qızın bətnində 1 aylıq dölün normal inkişafda olduğunu göstərsə də, həkimlər bakirəliyin pozulmadığını təsdiqləyir. Qız həmin klinikada doğur. İri, yaşıl gözlərini heç qırpmayan körpə doğulanda ağlamadı da
    Həkimlər ana və körpəyə ciddi nəzarət etsələr də, 2 aydan sonra uşaq yoxa çıxdı və bu günə kimi axtarışdadır.

    Xəzər dənizi- UNO-ların məskəni


    Ötən XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə naməlum obyektlər dəfələrlə müşahidə olunmuşdur. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilir. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tədqiq olunur. Xəzərə UNO-ların marağının kökləri hələ XIX əsrlərə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.

    Alimlərin qənaətinə görə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı «enerjidoldurma məntəqəsi» kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin də olduğunu deyirlər.

    1999-cu ildə Bakıda baş vermiş genişmiqyaslı enerji qəzasından öncə səmada 4 ellipsformalı obyekt müşahidə olunmuşdu. Bu obyektlərdən biri-işıq saçan açıq-mavi rəngli iri, yumru obyekt 40 dəqiqə ərzində lentə köçürülüb və onun sorağı bütün dünyaya yayılıb.


    UNO-lar İranda

    Bu yaxınlarda İran və Rusiya da öz sərhədlərində və Xəzərin İran hövzəsində son vaxtlar mütəmadi müşahidə olunan naməlum uçan obyektlərin müşahidəsi və kosmosun öyrənilməsində birgə əməkdaşlıq etmək qərarına gəliblər. İran mətbuatının yazdığına görə, son illər İranın nüvə obyektləri ərazilərində, xüsusən Buşer və İsfahan üzərində çox hündürdən uçan obyektlər qeydə alınır. Bu vaxta kimi icazəsiz uçan istənilən obyekti qeyd-şərtsiz vurmaq əmri verən İran rəhbərliyi indi tamam başqa mövqe nümayiş etdirir. Bu ilin aprel ayında Dövlət televiziyasında Tehran səmasında uçan ağ süd rəngli, parıltılı diskin görüntüləri yayımlanmışdı. İranla yanaşı eyni ayda İndoneziya, Çin və Avstraliya səmasında da müxtəlif formalı, yaşıl, qırmızı, sarı və mavi şüaları olan obyektlər görünmüşdü.

    Views: 984 | Added by: urfan | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]